Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


06.03.2024  09:49 

Samuxda narkoman sürücü saxlanıldı





A+  A-

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlayıb.

Xəzərnews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib. Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar. Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir. Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.

Xəbər 1062 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +