200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.08.2018  10:46 

Azərbaycan Ermənistanla bir qrupda olmayacaq





A+  A-

UEFA münaqişəli ölkələrin komandaları arasında oyunların keçirilməməsinə dair qərarını 2018-2019 mövsümündə dəyişməyəcək.
XəzərNews.az xəbər verir ki, bunu UEFA açıqlayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanla Ermənistan, Rusiya ilə Ukrayna, Serbiya ilə Kosovo, Bosniya və Herseqovina ilə Kosovo və İspaniya ilə Cəbəllütariq eyni qrupda yer almayacaqlar. 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin püşkatma prosedurunun isə gələcəkdə açıqlanacağı bəyan olunub.

Rusiya və Ukrayna komandaları arasında oyunlara icazə verilməsi xahişi ilə UEFA-ya beynəlxalq "Sport for all" təşkilatı müraciət etmək niyyətindədir. Qurum bu təşəbbüsü hər iki ölkənin deputatlarının da dəstəklədiyini bildirib.

Qeyd edək ki, münaqişəli ölkələrin komandalarının ayrı-ayrı qruplara salınmasına dair qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Bu mövsüm Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda keçiriləcək. Eyni zamanda, 2020-ci il Avropa çempionatı qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.

Xəbər 1635 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +