“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.07.2018  09:53 

Ağır atletimiz Avropa birincisi oldu





A+  A-

İtaliyada keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
XəzərNews.az xəbər verir ki, 40-dək ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının daha bir üzvü Tarmenxan Babayev mübarizəyə qoşulub. O, yaşı 17-dək oğlanların 94 kiloqram çəki dərəcəsində yarışında qüvvəsini sınayıb.

Ötən il Kosovoda altı Avropa rekordunu yeniləyərək çempion olan idmançımız bu dəfə də uğurunu təkrarlayıb.

Körpücük üzərinə çıxan atletimiz birdən qaldırma hərəkətində 145 kiloqram nəticə göstərərək gümüş medala yiyələnib. Təkanla qaldırmada 180 kiloqram nəticə göstərən təmsilçimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib.

T.Babayev toplam 325 kiloqram (145+180) nəticə ilə 94 kiloqram çəki dərəcəsində yekun sıralamada birinci yeri tutub və Avropa birinciliyinin ikiqat qalibi olub.

Xəbər 1733 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +