Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


04.07.2022  11:46 

Allahşükür Paşazadə Böyük Britaniyaya səfərə gedir





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür.

XəzərNews.az QMİ-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransında iştirak etməkdir.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordunun dəvət məktubu əsasında həyata keçirilir.

Konfransın məqsədi dünyada din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan vermək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.

Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcək. QMİ sədri Konfransın iştirakçısı olaraq “Dauninq Strit”də rəsmən qəbul ediləcək.

Xəbər 2280 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +