Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


09.01.2020  10:43 

Neft bahalaşır





A+  A-

Son günlər İranla- ABŞ arasında yaranmış gərginlik neftin qiymətinə təsirsiz ötüşmür. Belə ki, dünya birjalarında neftin qiyməti ötən il dekabrın sonları ilə müqayisədə bahalaşıb.
XəzərNews.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar (0,7 fazi) artaraq 65,92 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar (0,86 fazi) bahalaşaraq 60,12 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb. O, bu məhdudiyyətlərin nədən ibarət olacağını dəqiqləşdirməyib. Amerika liderinin sözlərinə görə, Administrasiya İranın ABŞ hərbi qüvvələrinin İraqda yerləşən hərbi bazalarını atəşə tutmasından sonra cavab tədbirləri görmək üçün variantları öyrənməyə davam edəcək. Eyni zamanda, Prezident rəsmi Vaşinqtonun sülh istəyənlərin hamısı ilə barışıq sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Xəbər 2352 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +