07.02.2017 11:26
Xəbər verdiyimiz kimi, fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda - Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında vulkan püskürüb.
XəzərNews.az xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov Azərtac-ın hadisə yerində olan müxbirlərinə bildirib ki, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Vulkan iki fazada püskürüb. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib.
Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib. Tədqiqatçı deyib ki, ikinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb. “Otman bozdağ” vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib.
“Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.
|
06.05.2025 21:21
06.05.2025 18:28
06.05.2025 18:24
06.05.2025 14:59
06.05.2025 14:27
06.05.2025 14:24
06.05.2025 14:22
06.05.2025 13:26
06.05.2025 13:22
06.05.2025 12:55
06.05.2025 12:52
06.05.2025 12:34
06.05.2025 12:20
06.05.2025 12:17
06.05.2025 11:50
06.05.2025 11:38
06.05.2025 11:20
06.05.2025 11:07
06.05.2025 11:04
06.05.2025 11:01
06.05.2025 10:52
06.05.2025 10:44
06.05.2025 10:36
06.05.2025 10:25
06.05.2025 09:53
06.05.2025 09:49
05.05.2025 20:10
05.05.2025 19:00
05.05.2025 16:47
05.05.2025 16:38
05.05.2025 16:29
05.05.2025 16:22
05.05.2025 16:05
05.05.2025 15:39