Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


02.08.2023  17:19 

Əliməmməd Nuriyev yenidən sədr seçildi





A+  A-

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli və yeni seçilmiş İctimai Şura üzvləri iştirak edib.

İclası giriş sözü ilə açan Daxili İşlər nazirinin müavini İsmət Əliyev İctimai Şuraya seçkilərdə qalib gələn üzvləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini İctimai Şuranın keçmiş tərkibi ilə bağlı fikirlərini bildirib. O, bildirib ki, nazirliklə İctimai Şura arasında əməkdaşlıq yüksək səviyyədə olub, fəaliyyət müddətində İctimai Şura "İctimai iştirakçılıq haqqında" qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirib.

İctimai Şura adından çıxış edən Əliməmməd Nuriyev də Daxili İşlər Nazirliyinə İctimai Şura ilə əməkdaşlığına görə öz minnətdarlığını bildirib.

Daha sonra İctimai Şurada təşkilati məsələlərə baxılıb.

İctimai Şuranın sədrliyinə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb. Əliməmməd Nuriyev yekdilliklə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti dönəm üçün sədri seçilib.

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov isə sədr müavini seçilib.

“Sosial-İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova isə İctimai Şuranın katibi seçilib.

Daha sonra İctimai Şura üzvləri gələcək fəaliyyətləri ilə bağlı müzakirələr aparıb, növbəti iclaslarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Xəbər 2501 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +