Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


08.07.2025  14:02 

DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı





A+  A-

Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilmişdir.

XəzərNews.az DTX-ya istinadla xəbər verir ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunmuşdur.

Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilmişdir.

Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanmış və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilmişdir.

Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilmiş, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunmuşdur.

Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.

Xəbər 1259 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +