Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


07.07.2025  19:26 

Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu





A+  A-

Dövlət şirkətlərinin birində titkinti-quraşdırma bölməsinin rəisi vəzifəsində işləyən B.Q. dələduzluğa məruz qalıb.

XəzərNews.az xəbər verir ki, o, təqaüd məsələsini həll etmək istəyərkən tora düşüb. Əvvəldən tanıdığı Rəmzi adlı şəxs ona bu işdə yardım edəcəyini deyib.

Təbii ki, yardım təmənnasız olmayıb. B.Q. Rəmziyə pensiya işini həll etmək üçün hissə-hissə 14 300 manat pul verib. Lakin qarşı tərəf vədini yerinə yetirməyib.

B.Q. hüquq-mühafizə orqanlarına müraciət edib. Rəmzi saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.

Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb.

Rəmzi məhkəmə prosesi zamanı özünü verilmiş ittihamla təqsirli sayıb. Həmçinin məlum olub ki, B.Q.-ya dəymiş ziyan ödənilib və tərəflər barışıq əldə edib.

Buna baxmayaraq məhkəmə Rəmzi 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib./Qaynarinfo

Xəbər 1064 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +