Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


05.04.2024  15:11 

“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif





A+  A-

“Diplomatik korpusun əsas vəzifəsi ölkədə baş verən hadisələri izləmək, rəsmi mənbələrdən məlumat toplamaq və onu təhlil etməkdir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq, diplomat Fikrət Sadıxov deyib.

F.Sadıxov bildirib ki, ölkəmiz müharibədən qələbə ilə çıxan bir dövlət kimi Ermənistandan Azərbaycana gələn erməni diplomatlar ilə sıx ünsiyyətdə olmalıdır. Həmçinin onlar bu sahədə məsələləri araşdırıb ölkələrinə çatdırmalıdırlar.

“Çox təəssüflər olsun ki, xarici diplomatik nümayəndəliklər ciddi şəkildə öz funksiyaları ilə məşğul olmurlar. Düzdür, ABŞ səfiri Bakıda çox ağız dolusu bizim haqqımızda bəyanatlar hazırlayır, regionlara səfər edir, səyahət edir. Lakin indiyə qədər Şuşaya getməyib. Bu açıq şəkildə faktiki olaraq diqqətsizlikdir. Bunu əlbəttə ki, diplomat etməməlidir”, - deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, əgər diplomatlar ölkədə baş verənlərə real şəkildə obyektiv yanaşmaq istəyirsə, real vəziyyəti öyrənib öz ölkəsinə çatdırmaq istəyirsə, əlbəttə ki, işğaldan azad olunan ərazilərə getməlidir. Azad olunan şəhərlərə, Ağdama, Şuşaya, Xankəndiyə səfərlər edərək işini layiqincə həyata keçirməlidir:

“Əlbəttə ki, bu açıq şəkildə müəyyən dərəcədə ikili yanaşmalardır. Düşünürəm ki, diplomatik korpusun diaspora ilə sıx əlaqələri olmalıdır. Onlar arasında maraq artmalıdır. Onlar başa düşməlidir ki, vəziyyət nə yerdədir”.

“Eyni zamanda onu da qeyd etmək istərdim ki, diaspora qurumumuzun Qərbi Azərbaycan ofisi, onların nümayəndəlikləri müxtəlif materiallarla, tərcümə olunmuş kitablarla, sənədlərlə təmin etməlidir, göndərməlidir. Yəni bu formada münasibətlər daha da canlı və daha da faydalı inkişaf etməlidir”, - deyə diplomat bildirib.

Xəyalə Zöhrab
Diaspora.tv


Xəbər 4186 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +