“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.04.2023  11:59 

Evdə tiryəkxana...





A+  A-

Xətai rayonunda narkotik satışını təşkil edən və qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ-nin həyata keçirdiyi tədbirlə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilinərək saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən Kamal Ələkbərov. və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib.
Ətraflı

Sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Ümümilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.

Xəbər 949 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +