“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.04.2023  00:51 

Boeing 737-800 təyyarəsi Xartumda atəşə tutulub





A+  A-

Xartum hava limanında hərbçilər arasında baş verən toqquşma nəticəsində Ukraynanın SkyUp aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi atəşə tutulub və alovlanıb.

XəzərNews.az xəbər verir ki, bu məlumatı stüardessa Alina Posoxova təsdiqləyib. O, sosial şəbəkələrdən birində girovların olduğunu bildirən qısa mesaj yerləşdirib.

Qız qeyd edib ki, girovlar "şok və ümidsizlik" içərisindədirlər.

Ukrayna mətbuatının məlumatına görə, hazırda Sudanda iki “Boeing 737-800” təyyarəsi və bu daşıyıcının 36 əməkdaşı var. Onların hamısı nisbətən təhlükəsiz yerdədirlər. Yanan laynerə dəyən ziyanın miqyası məlum deyil.

Bu arada Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko girov götürülməsi ilə bağlı xəbərləri təkzib edib.

"Vəziyyətin gərginləşməsi zamanı Ukrayna aviasiya ekipajının üzvləri Xartumdakı beynəlxalq hava limanında olublar. Bu qrup insan çıxarılıb. Hazırda onlar təhlükəsiz yerdədirlər", - XİN sözçüsü bildirib.

Xəbər 1074 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +