“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.02.2023  10:46 

Özəl xəstəxanalardan niyə narazıyıq? - Video





A+  A-

Vətəndaşlar xüsusilə özəl tibb müəssisələrində analizlərin qiymətlərinin yüksək olmasından narazıdırlar. Bəzən adi analizlər bir xəstəyə yüzlərlə manata başa gəlir. Problem təkcə bununla da bitmir. Bir çox hallarda bir özəl xəstəxananın analiz nəticələrini digərləri qəbul etmir və bu da pasiyenti əlavə xərcə salır.

XəzərNews.az Xezerxeber.az-a istinadla xəbər verir ki, mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, bu problemlərin birdəfəlik həlli üçün Azərbaycanda səhiyyə sistemi, xüsusilə icbari tibbi sığorta məsələsi tam təkmilləşdirilməlidir. Vətəndaşların yalnız dövlət xəstəxanalarında deyil, özəl xəstəxanalarda da ödənişsiz analizvermə imkanları daha da genişləndirilməlidir.

Millət vəkili onu da qeyd etdi ki, hazırda təchizat baxımından bu gün bəzi dövlət tibb müəssisələrində ciddi problemlər var. Üstəlik, həmin xəstəxanalarda arzuolunan şərait də yoxdur.

Millət vəkilinin fikrincə, icbari tibbi sığorta sisteminin təkmilləşməsi vətəndaşların işlərini daha da asanlaşdıracaq. Həmçinin özəl tibb müəssisələri arasında sığorta ilə gələn xəstələrin müayinə edilməsi baxımından rəqabət də artacaq.

F.Mustafa əlavə etdi ki, bu məsələni Milli Məclisdə qaldıracaq və həlli üçün lazımi addımlar atılacaq.

Ətraflı videomaterialda:



Xəbər 1035 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +