“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.07.2020  09:11 

Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb





A+  A-

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
XəzərNews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub.

Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Ölkədə neft emalı 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

Xəbər 2761 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +