“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.12.2019  16:54 

İtaliyada 12 saata 36 zəlzələ oldu





A+  A-

İtaliyanın Toskana bölgəsində 12 saat ərzində 36 təkan qeydə alınıb, onların yarısı 3-dən çox bal gücündə olub.
XəzərNews.az xəbər verir ki, yeraltı təkanlar dekabrın 9-da gecə saatlarında başlayıb və sakinlər arasında çaxnaşmaya səbəb olub. Belə ki, bir çoxları evlərini tərk edərək gecəni küçədə keçirib.

Zəlzələlər nəticəsində Florensiya - Boloniya istiqamətində dəmir yolu hərəkəti dayandırılıb, bəzi binalara ziyan dəyib. Bir sıra yerlərdə uşaq bağçaları və məktəblər bağlanıb. Xəsarət alan olmayıb.

Qeyd olunur ki, ən güclü zəlzələ 4,5 bal gücündə olub. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, zəlzələnin ocağı yerin təxminən 9 kilometr dərinliyində, episentri isə əhalisi 12 min nəfərdən çox olan Skarperiya şəhərindən 4 kilometr şimalda yerləşib.

Xəbər 1623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +