200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.04.2019  18:11 

AKP üçün böyük sürpriz - 442 səs artıq çıxdı





A+  A-

Xəbər verdiyimiz kimi, Türkiyədə iqtidarda olan AKP-nin etirazına görə ötən həftənin bazar günü keçirilmiş bələdiyyə seçkilərində İstanbulun bəzi rayonlarında verilmiş səslər yenidən hesablanır.
XəzərNews.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, AKP təmsilçiləri İstanbulun Üsküdar rayonunda gözləmədikləri xoşagəlməz sürprizlə qarşılaşıblar. Belə ki, səslər yenidən sayılan zaman AKP-nin namizədi olan Binali Yıldırımın səslərinin 442-si artıq çıxıb. Yəni, ilk dəfə səslər sayılarkən, seçki komissiyasının üzvləri yanlışlığa yol verib, keçmiş baz nazirin lehinə artıq səsləri qeydə alıblar. Digər tərəfdən, məlum olub ki, CHP-nin namizədi Əkrəm İmamoğlunun səsləri əskik sayılıb.

Beləliklə, təkrar sayılmadan sonra Üsküdarda Binali Yıldırımın səslərinin sayı 442 ədəd azalıb, Əkrəm İmamoğlunun səslərinin sayı isə 433 ədəd artıb.

Vəziyyəti belə görən AKP təmsilçiləri yenidən seçki komissiyasından şikayət veriblər.

Xəbər 1513 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +