“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.10.2018  14:05 

“Araz Əlizadə kimliyini unutdura bilməz” - Məclisdə gərginlik





A+  A-

“Bəzi deputatlar Qarabağ, müharibə məsələsində insanlarda ruh düşkünlüyü yaradırlar. Bəziləri deyirlər ki, gəlin filankəsə, filan dövlətə yalvaraq ki, bizim torpaqlarımızı qaytarsın. Biz kiməsə yalvarmamalıq”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Araz Əlizadə parlamentdə deyib. O qeyd edib ki, ölkə başçımız da bu məsələdə öz iradəsini, qətiyyətini ortaya qoyub: “Dəfələrlə deyib ki, lazım gəldiyi vaxt torpaqlarımızı güc yolu ilə də qaytara bilərik. Ona görə Oqtay müəllim sizdən xahiş edirəm ki, deputatlara göstəriş verəsiniz ki, insanlarda ruh düşkünlüyü yaradan fikirlər söyləməsinlər”.

Buna cavabında isə spiker Oqtay Əsədov bu məsələdə həddindən atrıq ehtiyatlı davranılmasının gərəkdiyini bildirib:

“Düzdür, mən kiməsə göstəriş verə bilmərəm ki, hansısa fikri söyləməsin, amma onu bilirəm ki, bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq. İndi mən çox məsələləri dilə gətirmək, debat açmaq istəmirəm, amma ehtiyatlı olmalıyıq”.

Araz Əlizadənin fikirləri isə Qüdrət Həsənquliyevi əsəbiləşdirib.

O qeyd edib ki, sentyabrın 15-də Bakıda möhtəşəm parad keçirildi. Bu parad müəyyən dairələrdə də qıcıq yaratdı. “O cümlədən Rusiya yönümlü deputatları da qıcıqlandırdı. Yəqin ki, Araz Əlizadəni də narahat edib. İndi bu cür çıxışları ilə Araz Əlizadə öz keçmişini və kimliyini unutdura bilməz. Biz bilirik ki, o 90- cı illərdə burada necə çıxış edib. Hansı işləri görüb və kimə bağlıdır”.

Yenidən müzakirəyə müdaxilə edən O. Əsədov isə belə deyib: “Çalışaq ki, bir-birimizə dözümlü olaq. Mən çalışıram ki, kiminsə xətrinə dəyməyim”.

Xəbər 1661 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +