“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.02.2023  10:07 

“Tərtər işi“: Günahkarların cəzalandırılması tələb edilir





A+  A-

Fevralın 3-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlərin yaxınları "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"ndə tədbir keçiriblər.

Onlar yenə bu işdə kütləvi kobud qanun pozuntuları məsələsini qaldırıblar və kütləvi işgəncələrə imkan verən və əsassız hökmlər çıxaran şəxslərin hələ də cəzalandırılmamasından narazılıqlarını bildiriblər.

İştirakçılar övladlarına verilən işgəncələrdən və istintaq orqanlarının qanunsuz hərəkətlərindən danışıblar.

Valideynlər Prezident İlham Əliyevi "Tərtər işi" çərçivəsində ittihamlara yenidən baxılmasını təmin etməyə çağırıblar.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi istintaqa cəlb olunub. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğu iddia edilir.

İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən azı 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Məhkəmələr ötən il oktyabrın 5-də 16 nəfərə, dekabrın 6-da isə19 nəfərə bəraət verib./Turan

Xəbər 1034 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +