“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.04.2018  16:12 

Səməd Seyidov AŞPA-da sərt DANIŞDI





A+  A-

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.
XəzərNews.az-ın məlumatına görə, S. Seyidovun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib.

Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib.

Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.

Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı isə deyib ki, Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır. O, Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib:

“Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır".

Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?

Xəbər 2151 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +