Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək


02.10.2017  14:27 

“Cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın…”





A+  A-

“Bir ölkənin məmur deyirsə ki, kürdlərə görə Azərbaycan pasportunu, hərbi biletini yandırmağa hazırdır, bu çox təhlükəlidir”.
XəzərNews.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin iclasında Laçın rayon icra hakimiyyətində çalışan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən referenduma dəstək verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hansısa bir məmurların bu işə qarışması acınacaqlıdır: “ Çünki sabah Azərbaycana da torpaq iddiaları ola bilərlər. Bizim üçün dövlət atributlarımız, bayrağımız, gerbimiz, pasportumuz hamımıza doğmadır. Kim onu yandırmaq istəyirsə, cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın. Bu münasibət Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə də zərər vurur”.

Deputat Vahid Əhmədov da eyni məsələ ətrafında danışıb.

“Sən necə ola bilər ki, Azərbaycan pasportunu daşıyırsan , amma Kürdüstanı müdafiə edirsən. Mən Zakir Qaralova müraciət edirəm ki, bu məsələni diqqətdə saxlasın. Əgər buna diqqət yetirməsək, gələcəkdə Azərbaycan üçün problem yarana bilər”.

Xəbər 4108 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +