200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.04.2022  10:32 

Bu ağacları kimlər kəsib? - Video





A+  A-

7 ədəd şam ağacı dibindən kəsilib. Hadisə paytaxtın Suraxanı rayonu Neftçilər parkının ərazisində baş verib. Ağaclar kəsildikdən sonra ərazidən başqa bir əraziyə daşınıb. Bəs bu ağacları kimlər və hansı səbəbdən kəsiblər?

Parka istirahətə gələn vətəndaşların gözləri qarşısında xüsusi alətlə ağacları dibindən kəsiblər.

Daha sonra isə həmin ağacları hissələrə bölüb başqa bir əraziyə aparıblar. Hadisə Suraxanı rayonu ərazisində baş verib.

``Xəzər Xəbər``in vatsap nömrəsinə göndərilən və mobil telefonla qeydə alınan bu görüntülərdə iddia olunur ki, parkın ərazisində 10-a yaxın şam ağacı kəsilib. Parka istirahətə gələn sakinlər isə bildirirlər ki, bu ağaclar quru olduğundan kəsilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliynin baş mühəndisi Cavanşir Məmmədov ``Xəzər Xəbər``ə bildirdi ki, ərazidə ümumilikdə 7 ədəd şam ağacı kəsilib.

Qeyd edək ki, son vaxtlar paytaxtın müxtəlif ərazilərində xüsusən də şam ağaclarında xəstəlik və parazitlərin yaranması səbəbindən bu ağaclar quruyur. Bunun qarşısını almaq üçün isə qurumuş ağaclar çıxarılaraq yerində yaşıl ağaclar əkilir.



Xəbər 1841 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +