Azərbaycanlı tələbəyə işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb
Maska rejimi QAYIDIR?
Məktəb direktorları 150 minlik maşınları necə alır?


20.06.2023  09:30 

Qarabağa yüzlərlə PUA daşınıb





A+  A-

Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.

Məqalədə ABŞ-ın bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

“Bu siyahı təcili tamamlanmalı və Ruben Vardanyan da ora daxil edilməlidir”, - məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:

“Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri – red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.

Onlardan təxribatlar - məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - “Eureporter” qeyd edib./Axar.az

Xəbər 1229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +