Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


22.03.2024  10:02 

Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib





A+  A-

Moldova Prezidenti Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.

Xəzərnews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

"Sülhün və harmoniyanın, təbiətin canlanmasının, firavan və parlaq il ümidlərinin təntənəsi olan Novruz bayramını qeyd edən astronomik bahar gəldi və bununla da dünya azərbaycanlılarının qəlbində sevinc hissi yarandı.

3000 ildən artıq ənənəsi olan Novruz bayramı 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və 2010-cu ilin fevralında BMT Baş Assambleyası saflıq və əbədi bəşəri dəyərləri ifadə edən 21 martı Beynəlxalq Novruz Günü elan edib. Bu, ailə və icma birliyi deməkdir, zamanla təbliğ edilən və əbədiləşdirilən mədəni ənənələr deməkdir", - dövlət başçısı yazıb.

M.Sandu Moldovadakı Azərbaycan icmasını və Novruz bayramını qeyd edənləri gözəl və yeniləşən bayram münasibəti ilə təbrik etdiyini bildirib:

"Eviniz bütün sevdikləriniz üçün görüş yeri, ruhunuz mehribanlığa və nura açıq olsun. Novruz bayramınız mübarək olsun!", - ölkə lideri əlavə edib.

Xəbər 1750 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +