Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


01.05.2019  10:52 

“Azərbayanda qida təhlükəsizliyilə bağlı ciddi problemlər var” - DEPUTAT





A+  A-

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bu, vaxtında verilmiş qərardır:

“Çünki Azərbayanda qida təhlükəsizliyilə bağlı ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, bu sahəyə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi müəyyən nöqsanları aşkarlayır, ümumilikdə problemlər həddindən çoxdur. Ona görə də belə bir Proqramın qəbul edilməsi çox vacibdir. Son vaxtlar qidadan zəhərlənmələr artıb, supermarketlərdə yararsız məshullar baş alıb gedir, istehakçıların aldıqları məhsulların tərkibində sağlamlığa zərərli maddələr aşkarlanır. Belə faktlar var. Ona görə də bu məsələlərə diqqət artırılmalıdır”.

İqtisadçı deputatın sözlərinə görə, Proqramın həyata keçirilməsinə nəzarəti gücləndirmək lazımdır ki, neqativ hallar mümkün qədər tez bir zamanda aradan qalxsın:

“Mən hər zaman demişəm ki, sərhəddən başlamış istehlakçıya çatana qədər bütün qida məhsulları nəzarətdən keçirilməlidir. Məhsullar lazımi laborator müayinələr aparıldıqdan sonra istehlakçıların ixtiyarına buraxılmalıdır.

Hazırda Qida Təhlükəsizliyi Agentliyində müəyyən kadr problemləri var və onların aradan qaldırılması ilə məşğuldurlar. Amma buna da kifayət qədər vaxt lazımdır. Ümumilikdə Azərbaycanda qida ilə əlaqədar ciddi və həllini gözləyən neqativ hallar həddindən çoxdur.

Fikir verirsinizsə, supermarketlərin sayı getdikcə artmaqdadır. Hətta bəziləri özləri məhsul istehsal edib satırlar. Onların fəaliyyətinə nəzarət etmək tələb olunur. Qida Agentliyinin rəhbəri bu sahədə müəyyən təcrübəyə malik insandır. Ona görə də kadrla bağlı problemləri həll edəcəyinə inanırıq. Amma ümumilikdə təkcə Qida Təhlükəsizliyi Agentliyi deyil, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə birgə fəaliyyət göstərməlidirlər ki, keyfiyyətsiz məhsullar Azərbaycana daxil ola bilməsin”.

Xəbər 2125 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +