İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


23.03.2022  10:21 

Gənclərə sağlam yaşamaqla bağlı təlim keçirildi - FOTO





A+  A-

19 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa, 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği ilə bağlı layihənin ikinci təlimi Bakı İstanbul liseyində keçirilib.

XəzərNews.az xəbər verir ki, əvvəlcə layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat verib.

Sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər vacib psixoloji məqamlar haqqında ətraflı çıxış edib. Psixoloqun dedikləri gənclər tərəfindən xüsusi maraqla qarşılanıb.

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat verib.

Təlim gənclər tərəfindən çox böyük maraqla qarşılanıb.

Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaradıb.
Təlimdə nəzərdə tutulan mövzulardan əlavə həkim tərəfindən vaksinasiya və süd vəzi xərçənginin profilaktikası ilə bağlı ətraflı məlumat verilib.

Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Günün sonunda iştirakçıların və Healthway qrupunun dəstəyi ilə özündə sağlam həyat tərzi haqqında məlumatları əks etdirən 375 ədəd buklet paylanılıb.













Xəbər 3441 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +