Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


28.04.2025  16:51 

Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev





A+  A-

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

Məsud Pezeşkian Bakıda uzun müddət qala bilməyəcəyini və İranda baş verən faciəli hadisələrə görə geri qayıtmaq məcburiyyətində qaldığını bildirib.

Azərbaycanda özünü yad kimi hiss etmədiyini qeyd edən Pezeşkian deyib:

"Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm. İnşallah, iqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrimiz inkişaf edəcək".

Pezeşkian bildirib ki, İranın Azərbaycanla çox oxşar cəhətləri var:

“Biz heç vaxt imkan verməyəcəyik ki, kimlərsə münasibətlərimizi korlasınlar və aramızda fikir ayrılığı yaratsınlar".

Azərbaycan Prezidenti Əliyev deyib:

“İnanıram ki, bu qarşılıqlı səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz bir çox müxtəlif mövzularda çox faydalı fikir mübadiləsi apardıq. Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir.

İki ölkə arasında mühüm sənədlər imzalanıb və bu sənədlər iki ölkənin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini nümayiş etdirir.

İranın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlib və müxtəlif sahələrdə mühüm sənədlər imzalanıb”.


Xəbər 1554 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +