Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


04.11.2023  12:27 

Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər -Politoloq





A+  A-

Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan həm Ankara, həm də Azərbaycanla münasibətləri normallaşdırsın, sərhədləri açmağa hazırdır.

Xəzərnews.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, normallaşmanın əsas prinsipləri odur ki, sərhədlər tanınsın, ərazi, bütövlüyü tam mənada yazılı şəkildə etiraf olunsun:

"Bunu ikitərəfli müqavilə Azərbaycanla Ermənistan arasında təsdiq etsin. Bu şərtlərdən sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər. Bunu dəfələrlə Türkiyə Prezidenti deyib. Bilmirəm ki, Mirzoyan nəyə sevinir... Onu sevindirən hansı amillərdir?.. Yəni Türkiyənin mövqeyi bundan ibarətdir.

Düşünmürəm ki, müqavilə bağlanmayana qədər sərhədlər açılsın. Türkiyə tərəfindən Ermənistana müəyyən güzəştlər verilib. İqtisadi, biznes dairələri ilə bağlı əlaqələri var. Amma tam münasibətlərin bərpası yalnız müqavilənin bağlanmasından asılı ola bilər. Bunu belə başa düşürəm. Hər halda Türkiyə rəsmiləri bunu belə izah ediblər".

Xəbər 3346 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +