DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib


22.05.2023  11:18 

Əhməd Obalını İran döydürüb?





A+  A-

Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Hazırda Əhməd bəyin vəziyyətinin ağır olduğu, oğlu isə reanimasiyaya yerləşdirildiyi məlumdur.

Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illərdir Amerikada mühacir həyatı yaşayır. ABŞ vətəndaşı olan Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur. O da maraqlıdır ki, hadisə Əhməd Obalı Azərbaycandan ABŞ-a qayıdandan 1 gün sonra baş verib. Bütün bunlar hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədilməsi barədə versiyanın gündəmə gəlməsinə səbəb olub.

“Hüseyniyun” terror qruplaşmasına yaxın “Haqın səsi” Teleqram kanalında paylaşılan məlumat da Əhməd Obalı və oğluna qarşı təxribatın İran tərəfindən törədildiyini təsdiqləyir.

Belə ki, həmin məlumatda hadisənin İrana yaxın qüvvələr tərəfindən törədildiyi etiraf olunur:
“Əhli Beyti (ə.s) təhqir edən üzdəniraq separatçı Əhməd Obalını sığınacaq tapdığı ABŞ-da ölümcül döyüblər! Onun birlikdə olan oğlunun halı daha pis olduğu üçün reanimasiyaya yerləşdirilib".

Məlumatda daha sonra Prezident İlham Əliyev Əhməd Obalını Azərbaycana gətirməkdə, İrana qarşı fəaliyyətdə ittiham edilir və onun ünvanına cəzalandırılmaqla bağlı təhdidlər yer alır.


Xəbər 2657 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +