Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


20.03.2022  14:36 

Güclü qar Cəlilabad - Yardımlı yolunu bağladı - FOTO





A+  A-

Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.

XəzərNews.az “Report”a istinadən xəbər verir ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 50 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Kövüzbulaq, Ləkin, Əsədli, Suluçeşmə və Buravar və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Əsədli kəndinə gedən ərazidə 10 min kilovoltluq elektrik dirəyi aşıb. Bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı davam edir.

Xəbər 3591 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +