Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


02.02.2022  11:53 

Şuşa Bəyannaməsi niyə indi ratifikasiya edilir?





A+  A-

Fevralın 1-də Milli Məclis Şuşa Bəyannaməsini ratifikasiya etdi, sənəd fevralın 13-də Türkiyə Böyük Millət Məclisi tərəfindən də təsdiqlənəcək.

Sual oluna bilər ki, bu, sənəd niyə indi ratifikasiya edilir? Nəzərə almaq lazımdır ki, sənədin müddəaları onsuz da ratifikasiyaya qədər də keçərli idi, çünki bu bəyannamə 2010-cu ildə Azərbaycanla Türkiyə arasında imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin təməlləri üzərində ərsəyə gəlib.

Cənubi Qafqazda yaranan yeni reallığa çevik reaksiya verilməsi üçün həmin Müqavilənin yenilənməsinə ehtiyac var idi, bu mənada Şuşa Bəyannaməsi yeni düzənə ayaqlaşdırılmış müddəaları özündə daha aydın və konkret şəkildə əks etdirir.

MDB məkanında cərəyan edən proseslər, qlobal güclərin beynəlxalq sistemdəki cari vəziyyəti dəyişməyə can atma cəhdləri yeni risk toxumlarının səpilməsi deməkdir.

Belə olan təqdirdə ölkələr müdafiə qabiliyyətini və hərbi qüdrətini artırmağı hədəfləyən strategiya ortaya qoyurlar.

Şuşa Bəyannaməsinin ratifikasiyası da həmin risklərə qarşı hüquqi əsasları gücləndirmək məqsədi daşıyır, yəni Bəyannamənin parlamentin süzgəcindən keçməsi prosedur qaydası olmaqdan çox, hüquqi çərçivə ilə özündə böyük siyasi mesajları ehtiva edir.

Bəyannamə 100 illik birgə müdafiə immunitetinin sərhədlərini genişləndirir, belə ki, bu sənəddə 1921-ci ilin 13 oktyabrında imzalanmış Qars müqaviləsini sadiqlik nümayiş etdirilir.

Bu, onu göstərir ki, Qars müqaviləsi qüvvədən düşməyib, əksinə çərçivələri genişlənərək yeni müdafiə mexanizmləri formasına gəlib.

2021-ci ilin iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan Bəyannamənin mətni Bakı-Ankara tandeminin regional və beynəlxalq müstəvilərdə koordinasiyalı fəaliyyəti üçün postulatlar verir.

Bəyannamə Cənubi Qafqazdakı yeni geosiyasi reallığın açdığı strateji panoramaya istiqamətlənən strateji baxışı özündə cəmləşdirir.

Qarşılıqlı təhlükəsizlik qarantiyasına köklənən Bəyannamə hər hansı ölkəyə qarşı yönələn çərçivə kimi başa düşülməməlidir, bu, sadəcə olaraq birgə müdafiə mexanizmləridir.

NƏTİCƏ: Bəyannamənin ratifikasiyası sənədin hüquqi gücünü daha da artırır.

Aqşin Kərimov

Xəbər 3334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +