Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


13.11.2021  22:26 

Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub





A+  A-

Bu gün Əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub.

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə “Şuşa” adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, millət vəkili Aqil Abbas, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Əməkdar jurnalist İradə Tuncay, akademik Könül Bünyadzadə, jurnalist Zemfira Məhərrəmli, bəstəkar-şair Xanım İsmayılqızı və bir çox tanınmış simalar, eləcə də media mənsubları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə şeirin müəllifi Rəşad Məcid çıxış edib. Rəşad Məcid bildirib ki, 1979-cu ildə 15 yaşında olarkən Şuşaya həsr etdiyi “Cıdır düzü” şeirini yazıb. Bu il 12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında olarkən isə 42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb. Müəllif şeiri səsləndirib.

Daha sonra mahnının təqdimatı baş tutub. Tədbirdə Xumar Qədimova da çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib:

“Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, coşqu, çağırış və qələbə var”.






Xəbər 4196 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +