Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


09.10.2020  08:37 

Təmas xəttində top mərmiləri və bombacıqlar aşkarlandı





A+  A-

Ötən gün Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 60 müraciət daxil olub.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Sarıcalı kəndləri, Ergi, Quzanlı, 4 yol qəsəbələri, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Minəxorlu, Muğanlı, Arazbar kəndləri, Bərdə rayonunun Əmirli və Meşəçilik kəndləri, Beyləqan rayonunun Şəfəq kəndi və A.Hacıyev küçəsi, Füzuli rayonunun Arayatlı, Kərimbəyli, Əhmədalılar kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qaraçinar, Rəhimli, Şahməmmədli kəndləri, Qızılhacılı qəsəbəsi və E.Süleymanov küçəsi, Tərtər rayonunun Həsənli, Ələsgərli və Dəmirçilər kəndlərinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 51 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-540), 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 300 mm-lik raket (9M528), 33 ədəd patron (30 ədəd 5.45 mm-lik və 3 ədəd 7.62 mm-lik) və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 29 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.

Xəbər 3849 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +