Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir


14.07.2019  14:28 

6 ayda Azərbaycanda 8324 ailə dağılıb





A+  A-

2019-cu ilin birinci yarısında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 29 242 nikah qeydə alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən XəzərNews.az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilib.

Hesabat dövründə qeydə alınan nikahlardan 1013-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında bağlanıb.

Rəsmi məlumata görə, azərbaycanlılar daha çox Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşları ilə nikaha giriblər. Altı ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Eyni zamanda qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı nikahlardan 93-ü pozulub.

Xəbər 2675 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +