Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


09.01.2018  16:04 

Bolqarıstan prezidenti İlham Əliyevə zəng edib





A+  A-

Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
XəzərNews.az-ın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev, öz növbəsində, Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan Prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq.

Söhbət zamanı prezident Rumen Radev Azərbaycan dövlət başçısını Bolqarıstana rəsmi səfərə dəvət edib.

Prezident İlham Əliyev dəvəti qəbul edib.

Xəbər 3226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +