Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda


24.12.2017  16:34 

Yunanıstanın səfiri Milli Məclisə getdi





A+  A-

Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hadi Rəcəbli, Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolas D.Kanellosu qəbul edib.
Söhbət əsnasında qeyd olunub ki, Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən 25 il ərzində parlamentlərarası əlaqələr geniş vüsət almış, dostluq qrupunun üzvləri bu müddətdə 9 qarşılıqlı səfərlər təşkil etmiş, ölkələrarası münasibətlərin istiləşməsinə lazımi töhfəsini verib.Bu müddət ərzində TAP və TANAP proqramlarının ərsəyə gəlməsi və iqtisadi əməkdaşlığın, maliyyə rəqəmlərinin dəfələrlə artması buna bariz nümunədir.

Hadi Rəcəbli qeyd edib ki, onda olan məlumata görə, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun say tərkibi bu parlamentin ən böyük dostluq qruplarından biridir. Belə ki, bu qrupda ayrı-ayrı partiyadan 24 deputat təmsil olunur. Bu göstərici bir daha bu əməkdaşlığın müsbət məqamlarından xəbər verir.

Əməkdaşlığın ideoloji sahəsinin kulminasiyası kimi ötən ilin aprel ayında yazıçı-publisist, deputat Hüseynbala Mirələmovun ”ЖЗЛ” seriyasından Heydər Əliyev kitabının yunan dilinə tərcümə olunmuş nüsxəsinin Afinada təqdimat mərasiminin keçirilməsi olub..

Səfir və komitə sədri bu əməkdaşlığın daha geniş vüsət alması üçün bütün imkanlardan istifadə edəcəklərini vurğulayıblar.

Xəbər 3271 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +