Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar
Lavrov: Sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışladıq
Növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər - Lavrov
Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib
Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə


06.04.2023  17:00 

“Bu səhiyyənin həkimi olmaqdan utandım” - Həkim-pediatr





A+  A-

“Həkimi təşviq ediblər ki, dediklərini geri götürsün. O da işdən çıxmağı üstün tutub. Lakin işdən özünün istefa etdiyini deməyiblər”.

XəzərNews.az xəbər verir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə Bakupost.az -a dünən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov barədə danışarkən deyib.

Onun fikrincə, baş həkim məhz etdiyi etiraza görə işdən azad olunub:

“Baş həkim etirazından bir gün sonra işdən çıxarılıb. Yaşının tamam olmasını əsas gətirərək işinə xitam verilib. Bu o deməkdir ki, ay camaat, bizə inanmayın, biz yalançıyıq. Bu addım Səhiyyə nazirinin insanları istədiyi kimi hərəkət etdirməsi deməkdir. İllərdir xəstələrə diaqnoz qoyub onlarla məşğul olan adamı etiraz bildirdiyinə görə işdən çıxarırlar. Bunu da başqa adla, don geyindirərək bildirilər. Yəqin ki, mövqeyinə görə azad olunub. O, doğrunu deyib. Səhv dediyini düşünmək olmaz. Feysbuk-da da çox söz yazmaq istədim, amma yaza bilmədim. Çünki bizim də başımıza bu oyunlardan aça bilərlər”.

A.İsmayılzadə bildirib ki, həkim barədə verilən qərar xüsusi maraqlar əsasında qəbul edilib:

“Xəbəri görəndə məyusluqla qarşıladım. Hətta bu səhiyyənin bir həkimi olmağa belə utandım. Bu cür qərarların verilməsi həkimlərə, səhiyyəyə olan inancı azaldır. Səhiyyə naziri tərəfindən verilən qərarlar insan sağlamlığına əsaslanmalıdır. Başqa heç bir şey əsas götürülməməlidir. Burada açıq-aydın görünür ki, kimlərinsə marağı dəstəklənib. Bu da insan sağlamlığından məsul olan bir quruma yaraşan hal deyil”.

Xəbər 1316 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +