Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


10.11.2020  15:53 

Dilqəm Əsgərovla Şahbaz Quliyev qaytarıla bilər





A+  A-

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarıla bilər.
XəzərNews.az bildirir ki, bu barədə məlumatı “Qafqazinfo”ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, Prezident İlham Əliyev gecə saatlarında xalqa müraciətində hərbi əsirlərin, girovların dəyişdiriləcəyini açıqlayıb.

“Bu gecə Prezident İlham Əliyevin xalqa müraciətində Dağlıq Qarabağ və ətrafındakı 7 rayonumuzun işğaldan azad edildiyini və hərbi əsirlərin, girovların dəyişdirilməsi prosesinin baş tutacağını açıqladı. Prezidentin bu çıxışını eşidəndə çox şad olduq. Doğrudur, Kəlbəcər rayonunun işğaldan azad ediləcəyini deməsi elə ən azı atamın girovluqdan azad edilməsi qədər bizə sevinc bəxş elədi. Mən hər zaman bu sözü demişəm, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək tək bir nəfər var, o da cənab Prezidentdir. Ali Baş Komandanımız bütün torpaqlarımızı işğaldan təmizləyir, yaxın vaxtlarda atam Dilqəm Əsgərovu da erməni girovluğundan azad edəcək, mən buna inanıram”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda hər iki şəxslə bağlı “məhkəmə” qurulub və “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ordumuzun Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları zamanı hər iki girovun saxlanıldıqları Şuşa şəhərindəki həbsxanadan Ermənistan ərazisinə köçürüldüyü bildirilirdi.

Xəbər 2437 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +