Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


06.10.2020  15:02 

“Ermənilər ya Qarabağdan çıxacaq, ya da əziləcəklər”





A+  A-

“Cənubi Qafqazdakı problemin tək həlli yolu Ermənistanın işğal etdiyi torpaqlardan bəhanəsiz çəkilməsi, Dağlıq Qarabağa Azərbaycan bayrağının sancılmasıdır. Başqa çarə, seçim və çıxış yolu yoxdur. Biz türk millətiyik. Şəhid olan soydaşlarımızın cənazəsi qiyabi olaraq hamımızın evindən çıxıb. Ermənistan qatil bir dövlətdir. Türk millətini özünə düşmən elan edib. Öz prinsipləri yoxdur, Yerevan bir maşa, ilan başlı bir kukladır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. O, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci mövsümünün ilk qrup toplantısında çıxışı zamanı Azərbaycanın dayanmayacağını, sonadək mübarizə aparacağını bildirib:

“Artıq bıçaq sümüyə dayanıb, səbr kasası daşıb. Paşinyanın peşman olacağı günlər gəlib çatıb. O gün bu gündür! Cəza evindən yeni çıxan Robert Koçaryan və Baş Nazir Paşinyan arasında daxili siyası rəqabətə xarici güclər müdaxilə edir.

Ancaq Yerevanın kinli əməli Dağlıq Qarabağda torpağa basdırılır. Çarəsiz qalan Ermənistan Gəncə, Mingəçevir, Tərtərə hücum edir, məsum insanları hədəf alır. Bu, günahdır, alçaqlıq, şərəfsizlikdir. Qorxaq Ermənistan çarəni mülki şəxslərə hücum etməkdə görür. Terror dövləti olan Ermənistan bir həftə içində 30-a yaxın insanı qətl edib. Ermənistanın ən yaxşı bildiyi şey sıravi insanlara silah çəkməkdir. Qadınları, yaşlıları, müdafiəsiz insanları bombalayan bu rəzil dövlətdir.

Xocalıda 613 soydaşımızın qanını axıdan, bir milyon insanımızı evindən didərgin salan bu canavarlardır. Can Azərbaycan durmayacaq, zülmün kökünü həyəcanla qazacaq. Xəyanətə görə hesab verəcəklər. Qanımızla yanlarındayıq, varlığımızla arxalarındayıq. Ermənilər ya Dağlıq Qarabağdan çıxacaq, ya da əziləcəklər”.

Xəbər 2814 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +