Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


02.06.2020  20:51 

“Yol Polisinə dəstək” qrupları yaradılacaq





A+  A-

Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi nəzərdə tutulur.
XəzərNews.az-ın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı” ilə bağlı imzaladığı sərəncamında öz əksini tapıb.

Bununla bağlı icraçı qurumlar olaraq Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası müəyyənləşib.

Qərarın bu bəndi mütəmadi icra edilməlidir.

Xəbər 1936 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +