Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar
Lavrov: Sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışladıq
Növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər - Lavrov
Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib
Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə


27.08.2019  17:03 

Sizə “stop” qoyulub-qoyulmadığını BELƏ ÖYRƏNİN





A+  A-

Daxili İşlər Nazirliyi ölkədən çıxışa qadağa qoyulub-qoyulmadığını müəyyənləşdirmək üçün vətəndaşlara növbəti dəfə müraciət edib.
XəzərNews.az xəbər verir ki, həmin məlumatda deyilir:

“Xəbər verildiyi kimi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az) yaradılaraq istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsilə vətəndaşlar adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub qeyd edilən elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan pəncərənin qrafalarına müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə axtarış iki variantda aparılmalıdır. Birinci variantda soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə, digər variantda şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə. Daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variant üzrə axtarış aparmaq tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” xəbərdarlığı ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən müraciət etməli olduğu polis orqanı göstərilir.

Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır.

Şəxs axtarışa elan edilməyibsə ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur” informasiyası verilir”.



Xəbər 1023 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +