Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


27.08.2019  16:38 

Rəsədxana maqnit qasırğası barədə məlumat yaydı





A+  A-

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə, qeyd olunub ki, günəş fəallığı çox aşağı səviyyədə olub, diski ləkəsizdir.

Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə ACE peyki vasitəsilə aparılan ölçmələrdə Günəş küləyi parametrlərində normal rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 310 - 330 km/san intervalında olub, ümumi maqnit sahəsi ortalama 5 nT-ya bərabərdir. Bz komponenti zəif dəyişib. Phi bucağı əsasən dəyişkən olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). Kosmik hava proqnozu dövründə (26 - 28 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (26 – 28 avqust) aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (26 – 28 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (26 – 28 avqust) Günəş küləyi parametrlərinin CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (26, 27 avqust) qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü (28 avqust) CH HSS effekti geoeffektivliyi azalacağından nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust proqnoz tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.

Xəbər 1365 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +