Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


21.12.2018  11:48 

Əli Əhmədov tələbələrə çağırış etdi: “Çirkli təbliğata qarşı olun”





A+  A-

“Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan tələbələrinin II qurultayında çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan dayanır:

"Siyasətin mərkəzində insanın qoyulması bugünkü Azərbaycan reallığının ən mühüm amillərindən biridir . Biz nə ediriksə, onları insanlar üçün, onun həyatı, mənəviyyatı, inkişafı üçün edirik".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub.

“Bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizi deməkdir. Tələbə yaşında , yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə üçdə birini təşkil edir:

Demək, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir".

Ə.Əhmədov qeyd edib ki, gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir.

Eyni zamanda , bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır:

“Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurulması üçün ən mühüm amillərindəndir. Azərbaycan hökuməti bütün potensialını ona yönəldib ki, siz daha yaxşı təhsil ala bilərsiniz. Bizim üçün əsas prioritet odur ki, gənclər sağlam olsun. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".

Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır:

"Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Bizim həyata keçirdiyimiz prioritetlərdən biri odur ki, müasir və fəal olasınız. Azərbaycanın dünyada təbliğ olunması, Azərbaycana qarşı çirkli təbliğata qarşı olasınız, mübariz olasınız. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik . Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha da güclü olacaq".

Xəbər 1902 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +