Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


25.04.2017  12:46 

Azərbaycan XİN-dən “İndependent”ə ETİRAZ





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İndependent qəzetində 20 aprel tarixində dərc edilmiş “Dağlıq Qarabağ Respublikasında futbol və ümid- unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab məqaləsi çap etdirib.
XəzərNews.az xəbər verir ki, cavab məqaləsində H.Hacıyev sözegedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib. O bildirib ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalizm prinsiplərinə uyğun gəlmir.
XİN rəsmisi yazıb:

“Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
Ermənistanın işğalı nəticəsində Qarabağ klubu bəlkə də dünyada yeganə futbul klubudur ki öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin Qarabağ futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırmasi yanlışdır.
“Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları Qarabağ futbol klubunun oyunlarını izləyəcəklər”.

Xəbər 1119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +