Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?


19.08.2020  10:58 

Malinin Prezidenti istefa verdi





A+  A-

Malinin Prezidenti İbrahim Bubakar Keyta üsyançılar tərəfindən tutulduqdan bir neçə saat sonra istefasını elan edib.
XəzərNews.az xəbər verir ki, o, bu barədə Malinin Yayım və Televiziya Xidmətinin efirində çıxış edərkən bildirib: “Uzun illər mənə göstərdiyi dəstəyinə görə Mali xalqına təşəkkür edirəm. Bu andan etibarən istefa qərarımı və bütün səlahiyyətlərimi təhvil verdiyimi bildirmək istəyirəm”.

Prezident, həmçinin parlament və hökumətin buraxıldığını da elan edib.

Qeyd edək ki, ötən gün Malidə hərbi bazada qiyam baş qaldırıb. Prezident İbrahim Bubakar Keyta və Baş Nazir Bubu Sissenin qiyamçılar tərəfindən həbs olunduğuna dair məlumat yayılıb.

Xatırladaq ki, 75 yaşlı İ. B. Keyta 2013-cü ilin sentyabrından Maliyə rəhbərlik edirdi.



Xəbər 2046 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +