Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu


08.10.2019  21:56 

Onların adları XİN-in “qara siyahı“sından çıxarıldı





A+  A-

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinin məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər.
XəzərNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər 3505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +