İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


02.05.2018  12:16 

Zaur reklam etdiyi həkimdən danışdı: “Bizə müraciət edən insanları onlara təhvil verirəm”





A+  A-

Xəbər verdiyimiz kimi, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmovun da adı hallanır. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
XəzərNews.az xəbər verir ki, ginekoloqu tez-tez reklam edən “Bizimləsən” proqramının aparıcısı Zaur Baxşəliyev mövzu ilə bağlı açıqlama verib.

O, xəstələri təmənnasız sağaldan həkimləri pulsuz efirə dəvət etdiyini söyləyib: “İstəyirəm sizə hesabat verim. Mən sizə gələn həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Mən kiməsə yaxşılıq etsəm onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu mən etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi.

Həkim bu xəstəni təmənnasız sağaltdı,baxın! Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil. Mən bizə müraciət edən insanları təhvil verirəm və sağlam alıram. O baxımdan həkimləri bura dəvət edirəm, təşəkkürümü bildirirəm. Bax bu kişidir, bunu edəni deyirəm. Anladınızmı? Sözüm anlayanlara və hara gedirsə o ünvanlaradır”.

Bundan əlavə, “Qafqazinfo” mövzu ilə bağlı dəfələrlə ginekoloq Natiq Məhərrəmovla əlaqə saxlayıb, lakin o, məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

VİDEO

Xəbər 6917 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +