Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


29.06.2017  18:16 

Qızıl və gümüş medala namizədlərin adı Təhsil Nazirliyinə verildi





A+  A-

Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarına əsasən orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir.Həmçinin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75%-i “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il də məzunlara qızıl və gümüş medallar təqdim olunacaq.

“Bu dərs ilinin yekunlarına əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar medalla təltif olunacaq. Hazırda medalla təltifə namizəd şagirdlər barədə yerli təhsil idarəetmə orqanlarından alınmış məlumatlar təhlil olunur”.

Xəbər 2891 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +