“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


13.06.2017  14:01 

Zahid Oruc “MTN işi” ilə bağlı məsələ qaldırdı: Spiker irad bildirdi





A+  A-

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda çox gözəl maddə var. 9.1.4-cü maddədə göstərilib ki, monitorinq iştirakçılarının xarici dövlətlərin siyasi xadimləri ilə davam edən işgüzar münasibətləri daimi olaraq nəzarətdə saxlanılmalıdır. Bu çox düzgün bir maddədir. Bu günkü reallıq bundan ibarətdir ki, Azərbaycan bu öhdəlikləri, sənədləri tam ratifikasiya etməmiş də onlara əməl edirdi. Amma beynəlxalq qurumlar bunu edirmi?”
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, “MTN işi” çərçivəsində baş verən cinayətləri istintaq və məhkəmə materiallarından izləmək mümkündür.

“Bəlli olur ki, o vəsaitləri Avropa ölkələrində leqallaşdırıblar. Orada da vicdanlı alıcı və vicdanlı satıcını tapmırlar. Sadə bir şəkildə hansısa əmlaka qoyurlar.
Belə çıxır ki, bu adamlar çirkli vəsaitin bir hissəsini qoyurlar, digər hissəsini isə sanki qanuniləşdirirlər. Azərbaycan dövləti isə bu proseslərin qarşısını almasına baxmayaraq, o vəsaitləri və şəxsləri qanun qarşısında hesabat verməyə gətirə bilmir. O vəsaitlər iqtisadiyyata qoyulur, ölkənin həyatında rol oynayır deyə hətta bir sıra hallarda həmin şəxslər Avropa ölkələrində vətəndaşlıq qazanırlar. Özlərinin hüquqi müdafiəsini çox sistemli şəkildə qurmaq üçün çox bahalı vəkillər tuturlar.
Burada yazılıb ki, elan olunmalıdır. Amma biz o şəxslərin adını haradan oxuyaq? İndiyə qədər o şəxslərin adı harada verilib? Elə fakt varmı ki, onlar qeyri-leqal yolla əldə olunan vəsaiti gedib Avropa ölkələrində istifadə ediblər və həmin ölkədən həmin şəxsləri tutub təhvil veriblər. Elə fakt varmı? Mən buna rast gəlməmişəm”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Z.Oruca irad tutub.

“Sən dediyin başqa şeydir, gündəlikdə olan başqa. Sən dediyin məsələ üçün İnterpol var. Onlar işləyirlər. Bunlar tamam başqa-başqa şeylərdir. Biz beynəlxalq qurumlara hansı şübhələri etməliyik? Bu qərarları bütün dünya qəbul edib”.

Xəbər 3806 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +