Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb
Daha bir xanım “MayoMed” klinikasında həkim qurbanı oldu - Foto
Krıma dron hücumu - Foto
Rusiya provayderlərinin serverlərinə hücum oldu
Separatçıların məhkəməsi keçirilir
Leysan yağacaq, şimşək çaxacaq - Bakıda hava
Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?


15.12.2023  04:29 

Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi mexanizmini təsdiqləməyiblər





A+  A-

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı Avropa Komissiyasının (AK) təklif etdiyi mexanizmə diqqət yetirib, lakin bunu təsdiqləməyib.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ukrayna üzrə sammitinin yekun bəyanatında qeyd olunub.

“Avropa Şurası qüvvədə olan müqavilə öhdəliklərinə, Avropa və beynəlxalq hüquqa uyğun olaraq partnyorlarla koordinasiyada Rusiyanın immobilizasiya edilmiş aktivlərindən birbaşa əldə edilən özəl şirkətlərin mənfəətinin Ukraynanın bərpası və yenidən qurulmasına dəstək üçün necə istifadə oluna biləcəyi ilə bağlı qəti irəliləyişə çağırışını təkrarlayır. Bu kontekstdə Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı son təklifləri nəzərə alır”, - sənəddə deyilir.

Dekabrın 12-də Avropa Komissiyası Aİ ölkələrinə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə mexanizmini təqdim etdiyini açıqlayıb. Mexanizmin qüvvəyə minməsi üçün Aİ ölkələrinin sənədi təsdiqləməsi vacibdir.


Xəbər 1475 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +