Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb
Daha bir xanım “MayoMed” klinikasında həkim qurbanı oldu - Foto
Krıma dron hücumu - Foto
Rusiya provayderlərinin serverlərinə hücum oldu
Separatçıların məhkəməsi keçirilir
Leysan yağacaq, şimşək çaxacaq - Bakıda hava
Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?


24.11.2020  09:07 

“Ermənistan böyük böhran ərəfəsindədir” - Avetisyan





A+  A-

“Bahalaşma artıq nəzərə çarpır. Belə bir templə milli valyuta tezliklə 20-25% dəyərdən düşəcək və ilkin tələbat malları da bahalaşacaq. Bu malların çatışmazlığı da istisna edilmir, çünki inflyasiya trendində insanlar əlavə tələbat yaratmağa meyllidirlər”.
XəzərNews.az bildirir ki, bu sözləri erməni iqtisadçı ekspert Tadevos Avetisyan “Lragir.am”a müsahibəsində deyib.

“Görünür, dövlət büdcəsi əsas xərclərin maliyyələşdirilməsində problemlərlə üzləşir. Dövlət borcu artır. Bu şəraitdə başqa bir amil də vacibdir - iqtisadi tənəzzül və tənəzzül gözləntiləri. Müharibədə məğlubiyyət və COVID-19-a qarşı faktiki olaraq uğursuz mübarizə də nəzərə alınmalıdır”, - deyə o qeyd edib.

Avetisyanın sözlərinə görə, insanlar artıq aktivlərini və resurslarını yenidən qurmağa başlayıb: “Vətəndaşların dollar almaq üçün dram depozitlərini geri götürmələri ilə bağlı banklara müraciət etmələri barədə məlumat var. Bu, ciddi zərbə olacaq, çünki həm dram, həm dollar, həm də avroya əlavə tələbat yaranacaq. Bu da inflyasiyaya səbəb olan mühüm amildir”.

İqtisadçı ekspert deyir ki, müharibə zamanı intervensiyalar hazırda iqtisadiyyata ayrılacaq vəsaitin olmamasına gətirib çıxarıb: “Ehtiyatda olan 500 milyon dollar çoxdan tükənib. Bu o deməkdir ki, tezliklə bizdə valyuta böhranı olacaq ki, bu da maliyyə bazarına təsir göstərəcək. Hazırkı vəziyyət 2,5 illik iqtisadi siyasətin nəticələridir. Və hökumətin vəziyyəti düzəltmək üçün sadəcə ehtiyatları yoxdur”.

Avetisyanın fikrincə, vəziyyət sosial gərginliyə səbəb ola bilər və bunun səbəbi hökumətin siyasətindədir: “COVID-a qalib gəlinməyib, çünki 2,5 il ərzində uğursuz iqtisadi siyasət həyata keçirdik. İslahatlar həyata keçirilməyib, iqtisadi potensial inkişaf etməyib, sırf populist addımlar atılıb”.

Xəbər 1782 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +